Xanım sürücü yolu kəsdi - "Yol mənimdir, belə sürürəm ..." - VİDEO

Xanım sürücü yolu kəsdi -
Sabunçu rayonu, Anaşkin küçəsində qəribə hadisə baş verib.
 
Miq.az xəbər verir ki, bu barədə Avtosfer.az-a hadisənin iştirakçısı olan oxucumuz Səhhət Abbasov məlumat verib və video göndərib.
 
Belə ki, öz yolu ilə hərəkət edən "Mercedes Vito" markalı avtomobilin qarşısına xanım sürücünün idarə etdiyi, 90 NO 018 dövlət nömrə nişanlı, "Mercedes S-Class" markalı avtomobil çıxıb. Xanım sürücü əks istiqamətdə hərəkət edib və öz yolu ilə gələn "Vito"nun qarşısında dayanıb. Sağa keçməyə yol olsa da xanım sürücü digərindən yolu boşaltmağı tələb edib. "Yol mənimdir, belə sürürəm, götür zibilini burdan" kimi xanıma yaraşmayan kobud ifadələr işlədib. Daha sonra isə avtomobili elə yolun ortasında saxlayaraq gedib. "Vito"nun sürücüsü DYP-yə müraciət edərək bu qanunsuz əmələ hüquqi qiymət verilməsini tələb edir.
 
Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az