Xankəndinin girişində Rusiya bayrağı və erməni əskisi yan-yana…-FOTO

Xankəndinin girişində Rusiya bayrağı və  erməni əskisi yan-yana…-FOTO
Yoldaş Putin görsə, deyərdi: "Rusiya da qondarma dövlətdir ki, bayrağıyla separatçıların əski parçasını yanaşı asmısız? Utanın! Azərbaycana hörmət etmirsiz, heç olmasa, özünüzə hörmət edin...”

Tarixi-hüquqi baxımdan, eləcə də Rusiya lideri demiş, beynəlxalq hüquq baxımından Azərbaycan Respublikasının halalca yaşayış məntəqəsi olan Xankəndi şəhərinin girişində hazırda Rusiya dövlətinin(!) bayrağı  və qondarma separatçı-terrorçu erməni rejiminin əski parçaları yanaşı asılıb.

Moderator.az xəbər verir ki, bu barədə məlumat və foto sosial şəbəkələrin erməni seqmentində paylaşılıb. Göründüyü kimi, yolun sol tərəfində Rusiya bayrağı və erməni cındırı növbələşir...

P.S. Görünür, Rusiya Prezidenti möhtərəm yoldaş Putinin bundan xəbəri yoxdur. Yoxsa sülhməramlıların komandanı Rustam Mədətova, üzr istəyirəm, Muradova  deyərdi: "Rusiya da qondarma dövlətdir ki, onun bayrağıyla separatçı rejimin əski parçasını yanaşı asmısız? Utanın!  Azərbaycana hörmət etmirsiz, heç olmasa, özünüzə hörmət edin...”

Sultan Laçın



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az