Xaricdən Azərbaycana ölü donor gətirməyə icazə veriləcək

Xaricdən Azərbaycana ölü donor gətirməyə icazə veriləcək
Azərbaycanda ölü donorun və hissələrinin xaricdən gətirilməsi və göndərilməsi prosesi həyata keçiriləcək

"Report”un xəbərinə görə, bununla bağlı "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanuna dəyişiklik edilir.
Qanuna əlavə edilən 11-1 (Ölü donorun və hissələrinin xaricdən gətirilməsi və göndərilməsi) maddəsinə əsasən, ölü donorun və hissələrinin transplantasiya, tədris və elmi məqsədlərlə xarici ölkələrdən gətirilməsi və ya xaricə göndərilməsi müvafiq icra hakimyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.
Dəyişiklik layihəsi Milli Məclisin Səhiyyə komitəsinin iyunun 5-də keçiriləcək iclasında müzakirə ediləcək.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az