Xatirələrimin yağışa düşməsini istəmirəm

            Xatirələrimin yağışa düşməsini istəmirəm
 
Elşən DAĞLAR
     
Dəliyə dönüb hava...              
şüşə qırıntıları kimi yağiş...
Kürəyimdə xəyanət nəfəsi,
yaxamda ölü damlalarin əksi.
...Belə hava başıma düşür,
ürəyim götürmür bu havanı...
İçimdə kötük kimi sevinc,
köpük- köpük qəm.
...Belə havada
şəklindən düşüb getməyini –
xatirələrimin yağışa düşməsini istəmirəm...
 
Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az