Xəstəliyinə dözə bilməyən kişi ÖZÜNÜ YANDIRDI

Xəstəliyinə dözə bilməyən kişi ÖZÜNÜ YANDIRDI
Ağdaş rayonunda xəstəliyinə dözə bilməyən kişi özünü öldürüb.

Miq.az report
-a istinadən xəbər verir ki, hadisə rayonon Ləki qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 1956-ci il tarixli Nizami Niyazi oğlu Cavadov bu gün yaşadığı evin qarşısında üzərinə benzin tökərək özünü yandırıb. Ətrafdakıların köməkliyilə yanğın söndürülərək dərhal Ağdaş Rayon Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq N.Cavadovun həyatını xilas etmək mümkün olmayıb. Yerli sakinlərin sözlərinə görə N.Cavadov ürək xəstəliyindən əziyyət çəkirmiş.


Qeyd edək ki, bir ay öncə N.Cvadovun qardaşı da intihar edərək özünü öldürüb.


Faktla bağlı araşdırma aparılır.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az