Xırdalanda dağıntılar altından çıxarılanlar barədə - Yeni xəbər
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ötən gün Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən ikimərtəbəli fərdi yaşayış evində baş verən partlayışda xəsarət alan şəxslərin səhhəti barədə açıqlama verib.
TƏBİB-dən verilən məlumata görə, ötən gün Abşeron Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Emil Əliyev, Arif Hüseynov, 11 yaşlı Firuddin Musayev, Simayə Ələzova, Xədicə Şükürzadənin vəziyyətləri yaxşı olduğundan evə buraxılıblar.
Partlayış zamanı ağır bədən xəsarətləri alan Vüsal Musayevin müalicəsi reanimasiya şöbəsində davam etdirilir.