Xoşqədəm daha bir DƏHŞƏTLİ QƏTLİN üstünü açdı-VİDEO

Xoşqədəm daha bir DƏHŞƏTLİ QƏTLİN  üstünü açdı-VİDEO

"Səni axtarıram” şou-proqramının müəllifi və aparıcısı (Xəzər TV) Xoşqədəm Hidayətqızı daha bir dəhşətli cinayətin üstünü açıb. Virtualaz.org yerli mətbuata (unikal.org, lent.az və digərləri) istinadla xəbər verir ki, may ayında Bakıya gələn və daha sonra itkin düşən qazaxıstanlı biznes-ledinin əslində internetdə tnanış olub münasibət qurduğu Oğuz sakini tərəfindən öldürüldüyü Xoşqədəmin sayəsində üzə çıxıb. Bu qətli törədən şəxs daha sonra çağırıldığı polis şöbəsində özünü pəncərədən ataraq intihar edib.

Qazaxıstan vətəndaşı, 1985-ci il təvəllüdlü Atçıbayeva Aygül Almaz qızızının may ayında Azərbaycana gəldiyi, daha sonra yoxa çıxdığ barədə onun yaxınları Xoşqədəmin proqramına müraciət ediblər. Xoşqədəm həmin qadının Bakı aerportundan itkin düşməsi barədə elan verib. Elanda deyilirdi ki, həmin qadın internet üzərindən tanış olub münasibət yaratdığı Azərbaycan vətəndaşı ilə görüşmək üçün gəlib. O, həmin şəxslə Oğuz rayonunun Qarabulaq kəndinə gedib, orada 3 gün qaldıqdan sonra Qazaxıstana dönmək üçün Bakıya qayıdıb. Yaxınlarının dediyinə görə Aygül Atçıbayeva həmin şəxslə bu il mayın 27-də Heydər Əliyev Bakı Beynəlxalq Hava Limanına qədər gedib, orada "başqa tanışı ilə görüşəcəyini” deyərək ayrılıb və daha sonra ondan xəbər almaq mümkün olmayıb.

Bildirilirdi ki, qazaxıstanlı qadın tanış olduğu həmin Oğuz sakini ilə 10 aya yaxındır birlikdə yaşayıb və 4 aylıq hamilə olub. Aygül Atçıbayevanı axtarmaq üçün onun qardaşı Bakıya gəlib və Xoşqədəmə müraciət edib. O,  bacısının azərbaycanlı sevgilisini Elçin kimi tanıdığını, lakin Azərbaycana gəldikdən sonra əsl adının Yolçu olduğunu öyrənib. 

Qardaşının sözlərinə görə, Aygülün ilk nikahından 11 yaşında qızı var.

Hamilə qadını öldürən və intihar edən Oğuz sakini

Bu elan yayıldıqdan sonra qazaxıstanlı qadının həmin tanışı-1989-cu il təvəllüdlü Yusifov Yolçu Adışirin oğlu Xoşqədəmin proqramına çıxıb. Ötən gün efirə gedən proqram zamanı bu şəxs Xoşqədəmin və qazaxıstanlı qadının qardaşlarının sualları qarşısında ziddiyətli məlumatlar verib, bizneslə məşğul olan qadının gah başqa tanışı ilə görüşmək üçün Bakıda ondan ayrıldığını, gah qəza keçirdiyini , yaxud Moskvaya getdiyini bildirib. Hətta qadının qardaşlarından "Aygülün müalicəsi üçün "11 milyon təngə istəyib.

Proqramın ardınca Y.Yusifov polisə çağırılıb və orada ondan qazaxıstanlı qadının itkin düşməsi barədə ifadə alınıb. Məlumata görə polis idarəsində dindirilərkən bu şəxs özünü pəncərədən ataraq intihar edib. Polis şəxsin verdiyi ifadə əsasında qazaxıstanlı qadının meyitini Pirşağı qəsəbəsi ərazisindəki qamışlıqdan tapıb. Hamilə qadının öldürülməsi ilə bağlı cinayət işi qaldırılıb və araşdrmalar gedir.

Xatırladaq ki, bundan əvvəl Xoşqədəm öz şou proqramında Salyan rayonunda illərdir itkin düşmüş hesab edilən 4 bacının və analarının əslində qızların öz atası tərəfindən öldürülərək cəsədlərinin yaşadıqları evin döşəməsinin altında basdırıldığını üzə çıxarıb. "Səni axtarıram” proqramı daha bir neçə belə cinayətlərin üstünün açılmasına səbəb olub.

Saytlar yazır ki, qazaxıstanlı hamilə qadının Azərbaycanda tanışı tərəfindən öldürülməsi, daha sonra qatilin özünü polis şöbəsindən ataraq intihar etməsi hadisəsi şəxsən daxili işlər naziri Ramil Usubov tərəfindən nəzarətə götürülüb. Bu qətlin təhqiqatı ilə bağlı Xoşqədəm Hidayətqızının və onun proqramının texniki əməkdaşlarının da polisə çağırılaraq ifadələrinin alındığı xəbər verilir. Gözlənilir ki, tezliklə hüquq-mühafizə orqanları bu qətl və qətli törədən şəxsin intiharı ilə bağlı rəsmi məlumatla çıxış edəcəklər.

Virtualaz.org

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az