“Xristian-islam müharibəsi ola bilər” - Ərdoğan

“Xristian-islam müharibəsi ola bilər” - Ərdoğan
"Avstriya hökumətinin məscidlərin bağlanması və imamların deportasiyası ilə bağlı qərarı islam dininə qarşı yönəlib". 

AzVision.az "Deutsche Welle”yə istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbuldakı çıxışında deyib.
O, Avstriyanın bu davranışını sərt şəkildə qınayaraq, lazımi tədbirlər görəcəklərini bəyan edib. Ərdoğan, həmçinin vurğulayıb ki, Avstriya hökumətinin hərəkətləri xristianlıqla islam dini arasında müharibəyə gətirib çıxara bilər. 

Qeyd edək ki, Avstriyanın baş naziri Sebastian Kurz öz "Tvitter" hesabında bəyan edib ki, ölkədəki 7 məscid bağlanacaq, 40 imam isə deportasiya ediləcək. 

"Avstriya din azadlığını dəstəkləyir, lakin ölkəmizdə siyasi islam və radikalizmə yer yoxdur" deyən Kurz bu qərarın yalnız "Avstriyada türk-islam mədəni və sosial əməkdaşlığı birliyi" təşkilatının dəstəklədiyi məscidlərə şamil ediləcəyini bildirib. Avstriya hökuməti bu təşkilatı ölkədə türk millətçiliyini yaymaqda itiham edir. 

Xatırladaq ki, apreldə Avstriya hökuməti paytaxt Vyanadakı məsciddə Çanaqqala müharibəsilə bağlı səhnəni canlandıran zaman şəhid əsgərlər rolunda uşaqlardan istifadə etdiklərinə görə "Avstriyada türk-islam mədəni və sosial əməkdaşlığı birliyi" təşkilatının fəaliyyətini qadağan edəcəyilə hədələmişdi.

Vyana ilə Ankara arasında münasibətlər Türkiyənin iqtisadiyyat nazirinin Avstriyaya buraxılmamasından sonra daha da pisləşdi. Türkiyəli nazir 15 iyul 2016-cı ildəki dövlət çevrilişi cəhdinin ildönümü ilə bağlı tədbirlərdə iştirak edəcəkdi. 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az