“Xüsusi xidmət orqanlarımız öz işinin öhdəsindən yüksək səviyyədə gəlir”

“Xüsusi xidmət orqanlarımız öz işinin öhdəsindən yüksək səviyyədə gəlir”

Gəncədə baş verən olaylarla bağlı dövlət qurumlarının verdiyi bəyanatlarda İranın Qum şəhərində dini təhsil alan şəxslərin də iştirakı ilə bağlı informasiya yer alıb. Məlumat üçün qeyd edk ki, bundan öncə də İranda dini təhsil alan bəzi şəxslərin bu cür təxribat xarakterli olaylarda iştirakı ilə bağlı KİV-də müəyyən informasiyalar yer alıb. 

Maraqlıdır, bütün bunları əsas gətirib İranda dini təhsil alan azərbaycanlılara nəzarəti gücləndirməyə, yaxud bu ölkədə dini təhsil almaqla bağlı müəyyən məhdudiyyətlər tətbiq etmək zərurəti varmı? 

Moderator.az-a açıqlama verən deputat Araz Əlizadə Azərbaycanın xüsusi xidmət orqanlarının peşəkarlığına inandığnı vuğuladı:

"Xüsusi xidmət orqanlarımız öz işinin öhdəsindən yüksək səviyyədə gəlir. Bundan sonra da onların atılması gərəkən hər bir addımı atacağından əminəm. Baş verənlər dövlətimizin, əlaqədar qurumların diqqət mərkəzindədir və bütün gərəkli tədbirlər görüləcək”.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az