Yad kişi ilə birləşib ərini öldürdü, sonra... - Müəmmalı qətllə bağlı YENİ FAKTLAR ÜZƏ ÇIXDI

Yad kişi ilə birləşib ərini öldürdü, sonra... - Müəmmalı qətllə bağlı YENİ FAKTLAR ÜZƏ ÇIXDI
Azərbaycanda törədilmiş dəhşətli qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Bu ilin iyun ayının 29-da Lerik-Yardımlı yolunun 1-ci kilometrliyində meşə zolağında meyiti tapılan Mail Ağayev Lerikin Lərmərud kənd sakini olub. O, iyunun 22-də itkin şəxs kimi qeydiyyata düşüb. Təxminnə bir həftə sonra isə M.Ağayevin meyiti yolun kənarındakı meşədə - özünə məxsus "UAZ-469B" markalı avtomobilinin yaxınlığında tapılıb.

Bildirilir ki, hadisədən təxminən 40 gün sonra M.Ağayevin həyat yoldaşı Nailə Ağayeva iki övladı ilə birgə kəndi tərk edərək Abşeron rayonunun Ceyranbatan kəndinə köçüb. O, burada kirayə mənzil tutaraq yaşamağa başlayıb. Bu müddətdə isə Mail Ağayevin necə, hansı şəraitdə və kim tərəfindən öldürülməsi qaranlıq qalıb. Həyata keçirilən texniki təqib və digər əməliyyat tədbirləri nəticəsində Nailə Ağayevanın həmkəndlisi Aqil Baxşıyevlə münasibətinin olması üzə çıxıb və onlarla birgə qətlin törədilməsində iştirak etmiş Bakı şəhər sakini Vəfalı Əliyev müəyyən edilərək tutulub. Onların 3-ü də oktyabrın 14-də saxlanılıblar. Hadisəni araşdırmaq üçün Yardımlıya Bakıdan istintaq qrupu göndərilib.
Məlumata görə, qətlə yetirilən Mail Ağayev kənddə avtomobili ilə taksi fəaliyyəti göstərib. Qətli törədən şəxslərdən Aqil Baxşıyev də eyni işlə məşğul olub. Onların Maili hansı məqsədlə öldürməsi, Nailə Ağayevanın bu işdə niyə maraqlı olması və sair suallar həyata keçirilən istintaq tədbirlərinin yekununda tam üzə çıxacaq.
İstintaq-əməliyyat tədbirləri davam etdirilir./publika
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az