YAP-ın sabiq təşkilat sədri həbsdə olan Əli Əliyevi məhkəməyə verib

YAP-ın sabiq təşkilat sədri həbsdə olan Əli Əliyevi məhkəməyə verib

Vətəndaş və İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyev növbəti dəfə xüsusi ittiham qaydasında məhkəməyə verilib.
Əli Əliyev barəsində şikayət verən Yeni Azərbaycan Partiyasının (YAP) Binəqədi rayon təşkilatının keçmiş sədri Ramiz Göyüşovdur.
Xüsusi ittihamçı VİP sədrinin onun şəxsiyyətini alçaldan ifadə işlətdiyini iddia edib. Əli Əliyevin Cinayət Məcəlləsinin 148-ci( təhqir) maddəsi ilə ittiham olunması tələb olunur.
Xüsusi ittiham qaydasında şikayət Yasamal Rayon Məhkəməsinə təqdim olunub və hakim Rəşad Cavadzadənin icraatına verilib.
Xatırladaq ki, Ramiz Göyüşovun bir neçə ay əvvəl sosial şəbəkələrdə intim videosu yayılıb. Bundan sonra R. Göyüşov YAP-dan kənarlaşdırılıb.
VİP sədri Əli Əliyev 2021-ci il noyabrın 30-da qəzaya uğrayan DSX-ya məxsus Mi-17 tipli helikopterində sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilovun xüsusi ittiham qaydasında şikayəti əsasında Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə (böhtan) uyğun olaraq 5 ay müddətinə azadlıqdan məhrum olunub. (APA)


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az