Yasamalda silahlı insident olub

Yasamalda silahlı insident olub
Bakı şəhəri, Yasamal rayonunda silahlı insident olub.

"Report”un xəbərinə görə, M.Bünyadzadə küçəsində yaşayan 60 yaşlı Rifad Həsənəliyev sərxoş vəziyyətdə ictimai qaydanı pozan zaman qonşusu İsmayıl Quliyev onu intizama dəvət edib və R.Həsənəliyevi evinə aparıb.
R.Həsənəliyev isə evə çatan zaman özünə məxsus ov tüfəngini götürərək İ.Quliyevə atəş açmağa başlayıb.
Güllələrdən heç biri İ.Quliyevə dəyməyib.
Lakin binanın həyətində olan 4 avtomobilə güllələr ziyan vurub.
Hadisədən sonra R.Həsənəliyev saxlanılıb. Faktla bağlı cinayət iş açılıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az