Yaşı qədər Adam təyinli İnsan - İlham İsmayıl

Yaşı qədər Adam təyinli İnsan - İlham İsmayıl

İlham İsmayıl bir ömür adını eşidib, uzağı bir-iki dəfə özünü və üzünü gördüyüm, bir dəfə çörək kəsdiyim, bir dəfə çay içdiyim, amma və lakin... Azərbaycan üçün ən dəyərli, ən fədakar, ən mərd vətəndaş-insan saydığım çox azlardan biridir! Həyatda çox az insan var ki, onlari tanımaq, onlarla danışmaq belə faydalıdır, xeyirlidir. İlham İsmayil həm də o azlardan biridir! Daha doğrusu, dostlarımdan üç-beşini layiq bildiyim bu fikri məqamına görə cəmi bir nəfərə demişəm - hörmətli Hacı Tahir müəllimə. İkincisi İlham müəllimdir ki, ona deyirəm - bir yazı yazdım ad günündə, o qədər dostluğumda olan dostlar ürəklə dedilər ki, İlham İsmayıl mənim dostumdur, mənim tələbə yoldaşımdır, mənim əzizimdir, Onun əvəzinə mən qürurlandım!
Bu dəfə uzun yazmayacam ad günü təbrikini İlham müəllimə, bəyə, kişiyə, dosta, qardaşa!
Müəllim, Bəy, Kişi, Dost, Qardaş olmağına təmasda olduğum çox az vaxtda şahid oldum!
Elə statuslarıma, elə yazılarıma vətəndaş kimi də, hərbçi kimi də, jurnalist kimi də dayaq durdu ki!
Elə bir halda mənim çağırışıma gəldi, elə təsəlli oldu ki!
Elə ağsaqqallıq, elə hökmdarlıq etdi ki, özünə aid olan problemdə!
Anladım ki, dostum və qardaşım Vahid Qazinin diliylə ona "Qarabağ Adam" deyəndə dəyərini tam verməmişəmmiş - Vahidə "aldanaraq"!
İlham İsmayıl Vətən Adamdır!
İlham İsmayıl Ölkə Adamdır!
İlham İsmayıl Sənət Adamdır!
İlham İsmayıl Dünya və Din Adamdır!
İlham İsmayıl Elm Adamdır!
Müharibə Adamdır, Namus Adamdır, Ədəbiyyat Adamdır, Tarix Adamdır, Şərəf Adamdır, Ləyaqət Adamdır... İlham İsmayıl!
Amma və lakin... heç bir halda, başını kəsə bildiyin adamı sənin qurbanın olmasına imkan verməyən Sülh Adamdır! Girəcək ortaya, öz adıyla, öz sözüylə çıxacaq qabağa, sözünü deyəcək, it də susacaq, küçük də, düşmən də, dost da!
Çünki Adam kimi Adamdır, İnsan Adamdır!
İlham İsmayılı həmişə özünə görə çox istəmişdim. Bu aralardakı olaylardan sonra məlum oldu ki, Onu elə özümə görə lap çox istəməliyəmmiş. Adam mənim yazılarımı anlayan, duyan 3-5 OXUCUdan BİRİdir. Məni Ejen Potye səviyyəsində tutacaq qədər mərhəmətli, səxavətli!
Hətta oracan ki, statusumdakı latayırlığın belə... faydasını havada müəyyənləşdirən!
Təbrik edirəm Sizi, İlhamını bu vətən uğrunda, bu soydaşlar xatirinə İsmayıl qurbanı edən İlham İsmayıl!
Bütün İlhamların günahını yudurdacaq və bütün İsmayılların qurbanlıqdan xilasına nail olacaq qədər İlahi Adam!
Öpürəm! Bağrıma basıram... təbrik edirəm, Həmkar Adam!

Aydın Canıyev



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az