Yeni dərs ilində 217 məktəbdə 483 təmayül sinfi açılacaq

Yeni dərs ilində 217 məktəbdə 483 təmayül sinfi açılacaq

2017-2018-ci dərs ilində ümumi təhsilin tam orta təhsil səviyyəsində təmayülləşmənin miqyası genişlənib.


Miq.az bildirir ki, bu barədə Trend-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.

BŞTİ-nin tabeliyindəki 233 məktəbdə 454 təmayül sinfi təşkil olunub. Hər bir təmayül istiqaməti üzrə ayrıca tədris planı və proqramları hazırlanaraq təsdiq edilib. Təmayül istiqamətləri üzrə tədris planlarında həftəlik 30 dərs saatı müəyyən olunub.

 

Ümumi təhsil müəssisələrinin növbəti tədris ili üçün verdiyi proqnoza əsasən, 2018-2019-cu dərs ilində 217 məktəbdə 483 təmayül sinfinin açılacağı planlaşdırılıb.

 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az