Yeni doğulmuş uşaqlarda yoluxma riski yüksəkdir – Həkim

Yeni doğulmuş uşaqlarda yoluxma riski yüksəkdir – Həkim

10 yaşdan 14 yaşa qədər olan uşaqların koronavirusa yoluxma ehtimalı aşağıdır. 1 yaşa qədər yeni doğulmuş uşaqlar arasında yoluxma riski isə daha yüksəkdir.

Axar.az xəbər verir ki, bu sözləri ATU-nun Yoluxucu xəstəliklər kafedrasının dosenti Könül Cəfərova deyib.

"Bu onların immun sisteminin hələ zəif olması və tənəffüs yollarının kiçik ölçüləri ilə izah edilir. Nəticədə respirator virus infeksiyası zamanı tənəffüs problemləri daha qabarıq olur. Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin tövsiyəsinə görə, nəfəs almalarına yardım göstərilməsi məqsədilə uşaqlar da xəstəxanaya yerləşdirilməli, reanimasiyada müalicə olunmalıdır. Lazım gələrsə, ağciyərlərin süni ventilyasiyası tətbiq edilməlidir. Uşaqlarda respirator simptomlar olmadıqda virus mədə-bağırsaq simptomları şəklində özünü göstərə bilər. Yoluxma zamanı uşaqlarda daha çox ishal və ürəkbulanma halı qeydə alınır. Uşaqlar və yeniyetmələrdə xolestaz, pankreatit və hepatit halları da müşahidə edilir. Uşaqların əksəriyyəti yoluxmadan sonra 4 həftə ərzində sağalırlar. Davamlı simptomlar arasında baş ağrıları, yuxunun pozulması, əzələ və oynaqlarda ağrılar, ürək döyüntüsünün sürətlənməsi, iybilmə və dadbilmənin pozulması hallarını göstərmək olar. COVID-19 üzrə testlərin meyarları çoğrafi şəraitdən asılı olaraq dəyişir”.

K.Cəfərova virusun yayılmasına qarşı tədbirlərdən də danışıb:

"Uşaqların virusdan qorunması həm ailələr, həm tədris-tərbiyə müəssisələri, həm də təlim-əyləncə mərkəzləri tərəfindən ümdə məsələ kimi qəbul olunmalıdır. Bütün qaydalara bu müəssisələrdə birmənalı və ən yüksək səviyyədə əməl edilməlidir”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az