Azərbaycanda xəstəxananın qarşısına meyit atıb qaçdılar

Azərbaycanda xəstəxananın qarşısına meyit atıb qaçdılar
Bu saatlarda Gəncə şəhərində 1991-ci il təvəllüdlü Teymurov Tural Şakir oğlu ona məxsus "VAZ 2107” markalı avtomobildə huşsuz vəziyyətdə yoldaşları tərəfindən Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib.

APA-nın yerli bürosunun məlumatına görə, T.Teymurov Gəncə Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinin həkimi tərəfindən müayinə edilib.
Həkim xəstəyə baxdıqda gəncin öldüyünü bildirib. Bu zaman gənci gətirən naməlum şəxslər hadisə yerindən qaçıblar. Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Əldə edilən məlumatıa görə, T.Teymurovun narkotik aludəçisi olduğu bildirilir. Elə onun bu səbəbdən öldüyü deyilir.
Faktla bağlı araşdırna aparılır.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az