Yunan general Türkiyəni hədələdi: Müharibə olsa...

Yunan general Türkiyəni hədələdi: Müharibə olsa...

Yunanıstanın keçmiş quru qoşunları komandanı, general Franqulis Franqos Türkiyə-Yunanıstan müharibəsi başlayarsa, Türkiyənin ödəyəcəyi "bədəllərin” çox ağır olacağını bildirib.

Miq.Az-ın xəbərinə görə, general "Skai” kanalında iddia edib ki, Yunanıstan istənilən igərginliyə və ya müharibəyə tab gətirə bilər.

"Müharibə olarsa, Yunanıstanın deyil, Türkiyənin sərhədləri dəyişir. Onlar itirirlər”, - deyə o bildirib.

Yunanıstanın güclü olduğunu iddia edən Franqos NATO-nun baş katibi Yens Stoltenberqi tənqid edib: "O, sadəcə NATO-nun zabitidir. Heç bir səlahiyyəti yoxdur. O, Türkiyəyə lazım olduğundan daha çox dəyər verir”.

Xatırladaq ki, 2009-2011-ci illər arasında Yunanıstan Quru Qoşunlarının komandanı vəzifəsini icra edən Franqulis Franqos Meriçdə hələ də qazılan 135 kilometr uzunluğunda və 7 metr dərinliyində olan xəndəyin "memarı” hesab edilir. İqtisadi böhran zamanı təqaüdə çıxan general Franqos 2012-ci ildə qurulan seçki hökumətində bir ay müdafiə naziri olub.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az