Zahid Orucla Oqtay Əsədovun “Fətullah Gülən davası”

Zahid Orucla Oqtay Əsədovun “Fətullah Gülən davası”

İki il əvvəl Azərbaycan parlamentində nurçularla bağlı ilginc polemika yaşanıb. Türkiyədə FETO örgütünün dövlət çevrilişinə cəhd etməsindən sonra Azərbaycanda da bu mövzunun aktuallaşdığını nəzərə alıb həmin polemikanı xatırlatmaq qərarına gəldik. 

 2014-cü ildə Azərbaycanın bir sıra KİV-lərində Milli Məclisin 20-dək üzvünün "nurçu" olması ilə bağlı iddialar yayılıb./Qaynarinfo.az/

Bunun ardınca ali qanunverici orqanın 25 fevral tarixli iclasında çıxış edən millət vəkili Zahid Oruc qeyd edib ki, son vaxtlar Azərbaycan parlamentinə yönəldilmiş bir mövzu süni şəkildə gündəmə gətirilir: "Son dövrlər Türkiyənin həyatında böyük hadisələr olur. Bu da aydındır. Çünki Türkiyə böyük və regional dövlətdir. Onların "camaat"la (Fətullahçılar nəzərdə tutulur - red.) olan problemlərini Azərbaycana keçirmək kimi niyyətlər var. Azərbaycan parlamentinin 20 üzvünün "nurçu"larla əlaqəsi olduğunu deyirlər.
Bu yanlışdır. Onlar burada ancaq təhsil prosesinə xidmət edir. Konkret başqa iddiaları yoxdur”.

Bunun ardınca isə sonralar da Z.Orucla dəfələrlə söz savaşına çıxan spiker Oqtay Əsədov ona kəskin reaksiya verib. Bildirib ki, "niyə görə siz həmişə sünni-şiə məsələsini parlamentdə qaldırırsınız. Bu, parlamentdə danışalası məsələ deyil”. 

Maraqlıdır ki, Milli Məclisin 20-dək üzvünün "nurçu" - "fətullahçı" olduğu ilk dəfə ANS telekanalının "Xəbərçi” proqramında dilə gətirilib. Hansı ki, bu telekanalın bir neçə gün əvvəl tamamilə qapadılmasına da məhz FETO olayları, daha doğrusu, iyulun 15-də Türkiyədə hərbçilərin dövlət çevrilişinə cəhdinin arxasındakı bir nömrəli şəxs kimi göstərilən Fətullah Güləndən alınan müsahibə səbəb olmuşdu... 

Miq.az

loading...