Zakir Həsənov yüksək dağ zirvələrində düşmən mövqelərini izlədi (FOTOLAR)

Zakir Həsənov yüksək dağ zirvələrində düşmən mövqelərini izlədi (FOTOLAR)

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti qoşunların təmas xəttində yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb.

Müdafiə Nazirliyindən Miq.Az-a verilən xəbərə görə, cəbhənin bu istiqamətindəki əməliyyat şəraiti barədə ətraflı məruzələri dinləyən Müdafiə naziri üzbəüz yerləşən düşmən mövqelərini müşahidə edib. 

Dağlıq ərazidə və çətin iqlim şəraitində düşmənlə qarşıdurma xəttində yerləşən bölmələrdə hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığı, onların sosial-məişət şəraiti ilə maraqlanan Müdafiə naziri qış mövsümünə zəruri hazırlıq işlərinin vaxtında və keyfiyyətlə icra edilməsi barədə vəzifəli şəxslərə konkret tapşırıqlar verib.

Hərbi xidmətin və döyüş növbətçiliyinin təşkilini yoxlayan general-polkovnik Z. Həsənov xidmətdə fərqlənən bir qrup hərbçiyə Ali Baş Komandan adından qiymətli hədiyyələr təqdim edib.

 


Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az