Zelenski Ərdoğana təşəkkür edib

Zelenski Ərdoğana təşəkkür edib

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə dövlət başçıcı Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

"Report” xəbər verir ki, o, bu barədə tviter səhifəsində yazıb.

"Rusiyada əsirlikdə olan 215 nəfər geri qaytarılıb. Onların arasında Azovstal və Mariupolun 188 müdafiəçisi var. 5 komandir Türkiyədə qalacaq. Onlar ailələri ilə görüşə biləcəklər. Buna görə Prezident Ərdoğana ürəkdən minnətdaram”.

Zelenski, həmçinin əsirlikdəki digər şəxsləri qaytarmağa çalışdıqlarını bildirib.

Qeyd edək ki, dünən Ərdoğanın vasitəçiliyi ilə 215 əsir Ukraynaya qaytarılıb. Onların arasında Ukrayna Silahlı Qüvvələrinin hərbçisi, əslən azərbaycanlı Rüstəm Babayev Arif oğlu da var.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az