Zelenski: Putin bir nömrəli düşmənimdir!

Zelenski: Putin bir nömrəli düşmənimdir!

Ukrayna Prezidenti Vladimir Zelenski özünü Putinin 1 nömrəli düşmən ihesab etdiyini təsdiqləyib.

Axar.az xəbər verir ki, bu barədə o, Almaniyanın "Die Zeit” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Rusiyada reallığı dərk etməyin belə bir üsulu var - onlar dövlətə baxanda xalqı görmürlər:

"Onlar dövlət başçısını görürlər, siyasətçiləri görürlər, iqtisadi maqnatları görürlər. Ümid edirlər ki, hamını satın ala bilərlər, ya da qorxuda bilərlər, amma mənim haqqımda bunun heç bir nəticə verməyəcəyini dəqiq bilirlər. Ona görə də belə bir təhlükə var. Hər şey çox sadədir”, - deyə dövlət başçısı bildirib.

O, həmçinin qeyd edib ki, Kreml bütün ukraynalıların öz ölkəsini müdafiə edəcəyini və bunun vətən müharibəsinə çevriləcəyini gözləmirdi.

"Sadəcə Putinin adamları Ukraynanı tanımır. Amma Ukrayna belədir. Ukrayna səninlə olanda özünü təhlükəsiz hiss edirsən. Bu, Qərbdə çoxlarının da öyrənməli olduğu bir qaydadır", - o deyib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az