Zelenski ukraynalı qadınları ölkənin turizm brendi adlandı

Zelenski ukraynalı qadınları ölkənin turizm brendi adlandı
Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, gözəl qadınlar Ukraynanın turizm brendidir.

"Həmişə bütün dünyanın təsəvvüründə Ukrayna dedikdə kənd təsərrüfatı məhsulları və qara metallurgiya canlanırdı.Turistlər isə Ukraynanın çox gözəl mətbəxindən, gözəl insanlarından, xüsusilə gözəl qadınlarından bəhs edirlər. Bəli, bütün bunlar bizim brendimizdir”,- deyə Zelenski Parisdə səfərdə olarkən bildirib.
Bununla belə, o qeyd edib ki, Ukraynada IT sənayesi və texnologiyaları da böyük sürətlə inkişaf edir:
"Ukraynada 150 minə yaxın IT mütəxəssisi və startaper var. Hesab edirəm ki, bu istiqamətdə inkişaf edəcəyik”. (Oxu.az)
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az