Zəngəzurun bu kəndi Azərbaycana verilir? – Ermənistan çalxalanır

Zəngəzurun bu kəndi Azərbaycana verilir? – Ermənistan çalxalanır

Sosial şəbəkələrin erməni seqmentində və Ermənistan mediasında Zəngəzur rayonun bir kəndinin Azərbaycana verilməsi haqda məlumat yayılıb.

Miq.Az xəbər verir ki, yayılan məlumatlarda adı açıqlanmayan kəndin Ermənistan-Azərbaycan sərhədlərində aparılan demarkasiya işləri ilə əlaqədar Azərbaycana veriləcəyi bildirilib.

İddia Ermənistanda etirazlara səbəb olub.

Sünik (Zəngəzur) qubernatorunun müavini Narek Babayan ortaya atılan iddialara cavab verib:

"Sünik bölgəsindəki hər hansı bir kəndin Azərbaycana verilməsi məsələsi müzakirə edilmir. Hazırda bölgənin heç bir yerində demarkasiya işləri aparılmır”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az