Ziya Məmmədov özünə 270 minlik maşın aldı

Ziya Məmmədov özünə 270 minlik maşın aldı
Keçmiş nəqliyyat naziri Ziya Məmmədov özünə bahalı avtomobil alıb.

Miq.az xəbər verir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, Ziya Məmmədov qiyməti 268 min manat olan "Audi A8 Premium” maşını alıb. Dövlət qeydiyyat nişanı 99-AA-558 olan avtomobili onun işlədiyi dövrdə sürücüsü olan şəxs idarə edir.
Qeyd edək ki, keçmiş Nəqliyyat Naziri hakimiyyətdə olan məmurlarla münasibətlərini yenidən yaxşılaşdırmağa başlayıb. Belə ki, Ziya Məmmədovun son günlər "yuxarı dairə”lərdə olan rəsmilərin xeyir və şər işlərində iştirak etdiyi bildirilir. Bununla o, itirilmiş mövqelərini bərpa etmək niyyətindədir.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az