ABŞ agentləri Ukrayna ordusuna gizli təlimlər keçib - Şok

ABŞ agentləri Ukrayna ordusuna gizli təlimlər keçib - Şok

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Rusiyanın mümkün hücumuna qarşı müqavimət əməliyyatı keçirmək üçün Ukrayna ordusu və kəşfiyyatının bir qrupuna gizli təlim keçib.

Miq.Az xəbər verir ki, belə iddia ilə yahoo.news çıxış edib.

Sayt keçmiş və indiki kəşfiyyat rəsmilərinə əsaslanaraq qeyd edir ki, sabiq prezident Barak Obama dövründə yaradılmış Mərkəzi Kəşfiyyat İdarəsinin Quru Əməliyyatlar Departamentinin Ukrayna xüsusi təyinatlıları və kəşfiyyata bağlı qüvvələrə paramiliter əməliyyatlarla bağlı təlim keçib.

ABŞ-ın cənub ştatlarından birində keçirilən bir neçə həftəlik intensivləşdirilmiş təlimin silah istifadəsi, kamuflyaj və quruda naviqasiya kimi bir çox mövzuları əhatə etdiyi iddia edilir. Proqramın Rusiyanı birbaşa dəf etmək və mümkün bir işğalda ruslara qarşı müqavimət əməliyyatı keçirmək üzərində qurulduğu və təlim keçmiş qrupun yaxın gələcəkdə Rusiyaya qarşı kritik rol oynayacağı bildirilib.

Bildirilir ki, MKİ-nin sözügedən bölməsinə bağlı agentlər 2015-ci ildən mütəmadi olaraq Ukraynanın şərqinə gedib və Ukrayna ordusuna taktiki dəstək veriblər.(teleqraf.com)

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az