Revanşistlərdən “qələbə” iddiası: Paşinyana silahlı hücum ssenarisi

Revanşistlərdən “qələbə” iddiası: Paşinyana silahlı hücum ssenarisi

Ermənistan müxalifəti hakimiyyətin "Qarabağla bağlı planını pozduğunu” iddia edir.

Alp.az xəbər verir ki, aprelin 17-dən etibarən İrəvanda müxalifətin "Qarabağ” tələbi ilə keçirilən mitinqləri nəticə vermir və hər keçən gün iştirakçıların sayı daha da azalır.

Bunun fonunda müxalifət iddia edir ki, onların aksiyası hakimiyyəti Qarabağın "statusu”ndan imtina etmək planını pozdu.

"Müqavimət” adlanan aksiyanın təşkilatçılarından biri "Ermənistan” blokunun deputatı Tadevos Avetisyan iddia edir ki, hərəkat Qarabağ məsələsində Ermənistan üçün dağıdıcı prosesləri dayandırdı. O, bunu mxalifətin ilk uğuru adlandırıb. İddia edib ki, "Qarabağ Azərbaycanın tərkibində olmayacaq, Ermənistan isə "türkləşdirilməyəcək”. Lakin revanşit deputat prosesin bitmədiyini, hakimiyyətin müvəqqəti geri çəkildiyini deyir.

Avetisyanın "məqsədimizə çatmaq üçün bütün yollara baş vuracağıq” sözləri xüsusilə diqqət çəkir və 1998-ci ildə Ter-Petrosyanın güc yolu ilə devrilməsi, parlament binasının gülləboran edilməsi təcrübəsi fonunda Paşinyan hakimiyyətinə qarşı də silahlı hücumun ola biləcəyi ehtimalını önə çıxarır.

Müxalifətin aksiyası nəticə verməsə də, müxtəlif formalarda davam edir.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az