Vətəninfo.az Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, erməni silahlı
bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik
minaatanlardan, iriçaplı pulemyotlardan da istifadə etməklə sutka
ərzində atəşkəs rejimini ümumilikdə 136 dəfə pozub.
Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində yerləşən
mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Berd rayonunun Ayqepar
kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində,
Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən
mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən
mövqelərimiz atəşə tutulub.
Goranboy rayonunun Tapqaraqoyunlu, Gülüstan, Tərtər rayonunun
Çiləbürt, Göyarx, Çaylı, Yarımca, Ağdam rayonunun Yusifcanlı, Şuraabad,
Mərzili, Qaraqaşlı, Kəngərli, Novruzlu, Sarıcalı, Cəvahirli, Şıxlar,
Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Aşağı
Əbdürrəhmanlı, Qorqan, Qaraxanbəyli, Aşağı Veysəlli, Cəbrayıl rayonunun
Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd,
Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən
mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq
düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 180 atəş zərbəsi
endirib.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL