42 yaşlı lənkəranlının qulağını kəsdilər

42 yaşlı lənkəranlının qulağını kəsdilər

Lənkəran sakini bıçaqlanıb.

Miq.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Ləj kəndinin ərazisində qeydə alınıb. Həmin kəndə qonaq gedən Girdəni kənd sakini, 1976-cı il  təvəllüdlü Vaqif Balaxan oğlu Əliağayev qayıdarkən yolda tanımadığı şəxslərlə mübahisə edib. Sonradan düşən dava zamanı V. Əliağayevin qulağı kəsilib.

Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona ilk tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az