ABŞ-ın Missuri ştatında 5 yaşlı uşaq təsadüfən tapança ilə 9 aylıq qardaşını güllələyib. Vətəninfo.az-ın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, faciə bazar ertəsi Kanzas Siti şəhərində baş verib.Yerli mətbuatın məlumatına görə, mənzildə tapança aşkarlayan uşaq silahı kiçik qardaşına tuşlayıb və təsadüfən atəş açıb. Körpə aldığı ağır yaradan hadisə yerində ölüb. Polis baş vermiş insidentin bədbəxt hadisə olduğunu bildirib. Hadisə ilə əlaqədar araşdırma aparılır. Xatırladaq ki, dekabrın sonlarında ABŞ-ın Aydaho ştatında fəaliyyət göstərən Walmart super marketində 2 yaşlı oğlan uşağı təsadüfən anasına atəş açaraq qətlə yetirib. 29 yaşlı qadın aldığı ağır güllə yarasından hadisə yerində keçinib.
Məlumata görə, qadın 4 övladı ilə birlikdə dükanda alış-veriş edərkən, 2 yaşlı oğlu onun əl çantasından xəlvətcə tapançanı çıxarıb və təsadüfən anasına atəş açıb.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR