50 yaşlı qadın intihar etdi - Zaqatalada

50 yaşlı qadın intihar etdi - Zaqatalada
Zaqatalada iki övlad anası intihar edib.
 
Hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə fevralın 27-i günorta saat 15 radələrində rayonun Mazıx kəndində qeydə alınıb. Kənd sakini 1966-cı il təvəllüdlü Məhəbbət Umarxan qızı Səfərovanın meyiti yaşadığı evin həyətyanı sahəsində tikilmiş talvardan asılı vəziyyətdə mərhumun həyat yoldaşının qardaşı tərəfindən aşkar edilib.
 
Hadisə yerinə cəlb edilmiş hüquq-mühafizə orqan əməkdaşlarının apardıqları araşdırma zamanı 50 yaşlı M. Səfərovanın intihar etdiyi məlum olub. Məlumatda o da bildirilir ki,  evli və iki övlad anası olan M. Səfərova son zamanlar əsəb xəstəliyindən əziyyət çəkirdi. Qadın intihar edən zaman evdə tək olub.
 
Faktla bağlı Zaqatala rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.  

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az