80 milyon mənimsədiyi deyilən general müalicə müəssisəsinə köçürüldü

80 milyon mənimsədiyi deyilən general müalicə müəssisəsinə köçürüldü

Müdafiə Nazirliyinin həbsdə olan Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədovun səhhəti pisləşib.

Miq.Az APA-ya istinadla xəbər verir ki, general-mayor Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təcridxanasından Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürülüb.

O, hazırda həkim nəzarətindədir.

Məlumatı Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə təsdiq edib.

Vəkil cinayət işi üzrə ibtidai istintaqın davam etdiyini qeyd edib. Onun sözlərinə görə, bu günə qədər iş üzrə dövlətə dəymiş ziyanın əksər hissəsi ödənilib, qalan hissənin də ödənilməsi davam etdirilir.

Xatırladaq ki, general-mayor Nizami Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az