Abid Şərifovun xanımını məhkəməyə verdilər

Abid Şərifovun xanımını məhkəməyə verdilər

Baş nazirin sabiq müavini Abid Şərifovun həyat yoldaşı Sədayə Şərifova məhkəməyə verilib.

Miq.Az Unikal.org-a istinadən xəbər verir ki, S.Şərifovaya qarşı Bulaq-2 MTK-dakı bir neçə mənzillə bağlı Binəqədi rayon məhkəməsində iddia qaldırılıb.

Belə ki, bu mənzillər Abid Şərifova vəzifədə olduğu dövrdə pay verilib. Həmin mənzillər ayrı-ayrı şəxslərə satılıb. Hazırda o evlərdə Sədaqət Abbas qızı Kazımova, Mahirə Mehman qızı Məmmədova, Elvin Əkrəm oğlu Hidayətli yaşayırlar.

S.Şərifova məhkəmədə iddia qaldırıb ki, həmin şəxslər evdən çıxarılsın. Onlar isə sənədlərinin düzgün olduğunu əsas göstərərək evdən çıxmayacaqlarını bildiriblər və onlar da S.Şərifovanı məhkəməyə veriblər.

İşə 21 iyun saat 14:30-da Binəqədi rayon məhkəməsində hakim Fuad Abdıyevin sədrliyi ilə baxılacaq.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az