ABŞ pilotlarının yeri belə aşkarlanırmış – İran mediası məlumat yaydı

ABŞ pilotlarının yeri belə aşkarlanırmış – İran mediası məlumat yaydı
ABŞ Hərbi Hava Qüvvələrinin pilotları fövqəladə vəziyyətlərdə əlaqə yaratmaq üçün CSEL adlı xüsusi rabitə sistemindən istifadə edir.

Globalinfo.az xəbər verir ki, bu barədə "Azad İran” məlumat yayıb.

"Boeing” şirkətinin hazırladığı bu cihaz pilotun jiletinə bərkidilən kiçik və möhkəm qurğu kimi dizayn olunub.

Pilot katapult etdikdən sonra belə, cihaz onun üzərində qalır və avtomatik şəkildə işə düşür.

Məlumata görə, CSEL sistemi adi radio rabitəsindən fərqli olaraq səsli danışıq əvəzinə qısa və şifrələnmiş siqnallar göndərir.

Qurğu pilotun yerini, vəziyyətini və "yaralıyam” və ya "düşmən yaxınlıqdadır” kimi mesajları dəyişən tezlikli siqnallar vasitəsilə ötürür.

Sistemin əsas üstünlüyü səsli rabitənin məhdud istifadəsi və asan izlənilə bilən sabit siqnal yaymamasıdır. Bu isə pilotun düşmən tərəfindən aşkarlanma riskini əhəmiyyətli dərəcədə azaldır.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az