Almaniyanın dövlət bankı KfW ilə Ukrayna Maliyyə Nazirliyi arasında imzalanan sazışə əsasən Berlin Kiyevə 200 milyon avro kredit ayırıb.
Vətəninfo.az-ın məlumatına görə, AZƏRTAC "finanzen.net” saytına istinadla xəbər verir ki, ayrılan vəsait fiziki şəxslərin əmanətlərinin təminatı fonduna köçürüləcək. Ukraynanın maliyyə naziri Natalya Yaresko jurnalistlərə açıqlamasında bildirilib ki, kreditdən ölkə daxili bankların müflisləşməsindən əziyyət çəkən milyonlarla ukraynalı faydalana biləcək. Bu yolla ukraynalılar ödəmə qabiliyyətini itirmiş banklarda depozitlərini əldə etmək imkanı qazanacaqlar.
Ukraynalı nazirin sözlərinə görə, ölkəni bürüyən iqtisadı böhran ucbatından təxminən 50 bank iflasa uğrayıb ki, bu da fiziki şəxslərin əmanətlərinin təminatı üzrə dövlət fondunda ciddi problemlər yaradıb.
İkitərəfli sazişə əsasən rəsmi Berlin Kiyevə mərhələli yolla, ümumi məbləği 500 milyon avro maliyyə yardım ayırmalıdır. İllik dərəcəsi 4,5 faiz təşkil edəcək kreditin qaytarılması isə 5 ilə nəzərdə tutulub. Tam ödəniş 15 il ərzində həyata keçiriləcək.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL