Arvadını stəkanla öldürən narkomanın məhkəməsi başlayır- EKSKLÜZİV FOTOLAR
Bayılda arvadını stəkanla öldürən narkomanın məhkəməsi başlayır
Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Müzəffər Piriyevin (1971-ci il təvəllüdlü) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başlayır.
Miq.az-ın məlumatına görə, bu il iyunun 23-də saat 19.30 radələrində Bayıl qəsəbəsində yaşayan, əvvəllər məhkum olunan Müzəffər Piriyev ailə münaqişəsi zəmnində yoldaşı, üç uşaq anası olan Cəlalə Abbasovanı (1982-ci il təvəllüdlü) qətlə yetirib və törətdiyi əməldən sonra Səbail RPİ 8-ci polis bölməsinə təslim olub.
İlkin dindirilmə zamanı Piriyev arvadını boğduğunu bildirib. Amma meyitin müayinəsi zamanı məhkəmə-tibbi ekspertizası nəticəyə gəlib ki, Abbasova beyninə qan sızma nəticəsində keçinib. Buna başına küt alətlə yetirilən zərbələr səbəb olub.
İstintaqla müəyyən edilib ki, Müzəffər şüşə stəkan ilə Cəlalənin başına bir neçə zərbə vurub. Maddü sübut hesab edilən stəkan hadisə yerinə baxış zamanı ekspertlət tərəfindən aşkar götürülüb. Hadisə zamanı Piriyev narkotik vasitələrin təsiri altında olub. Mərhumun qohumlarının sözlərinə görə, Cəlalə əri ilə olan münaqişədən sonra atası evinə getsə də, valideynləri onu bir neçə gün əvvəl geri qaytarıblar.
İş üzrə hazırlıq iclası dekabrın 9-na təyin edilib.
Miq.Az