Rusiya “Yukos” şirkətinin səhmdarlarına ödəniləcək təzminatı ödəməyincə, Belçika və Fransa rus şirkətlərinin bank hesablarını donduracaq. Bildirilir ki, Belçika Arbitraj Məhkəməsi Rusiyanın “Yukos” neft şirkətinə 50,1 milyard dollarlıq təzminat kəsib. Bu məbləğ ödənilənə qədər ehtiyat tədbirləri də nəzərdə tutulub. Bu, rus şirkətlərinin mal varlıqlarına və bank hesablarına qadağa qoyulmasıdır.
“Yukos”un köhnə səhmdarlarının tələbləri əsasında verilən qərara görə, Belçikadakı 47 təşkilat sorğulanıb. Onlardan əllərində Rus dövlətinə aid varlıq olub-olmadığını 15 gün içində bildirməsi tələb edilib. Tələbin göndərildiyi təşkilatlar arasında rus bankları, rus media təşkilatları və rus kilsəsinin şöbəsi də iştirak edir. Ölkədəki rus diplomatik təmsilçilərkinin hesab və malları isə buraya daxil deyil.
Fransa isə Rusiyanın VTB Bankının bu ölkədəki iştirakçıları olan rus şirkətlərinə və diplomatik nümayəndəliklərinə aid hesabları dondurub. Sonradan diplomatik nümayəndəliklərin hesablarındakı blok götürülüb.
Bu qərarlar “Yukos”un daxil olduğu Yukos Universal Limited (YUL) şirkətinin Rusiyanın 1,65 milyard avroluq təzminatı ödəməyi rədd etməsindən sonra etdiyi müraciətlərdən sonra alınıb. Qarşı tərəf isə buna etiraz edəcəyini bildirir. Rusiya dövlət başçısının köməkçisi Andrey Belousov, həmçinin Kremlin sözçüsü Dmitri Peskov qərarın qanuni olmadığını bildirib. Bildirilib ki, qərara məhkəmə yolu ilə etiraz edəcəklər.
Musavat.com
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA