"Bakı 2015" I Avropa Oyunlarının “Fox Sport Afrika” teleyayım şirkəti ilə yayımına dair müqavilə imzalanıb. Vətəninfo.az "Report"a istinadən məlumat verir ki, bununla da Afrika qitəsində "Bakı 2015"i yayımlayacaq ölkələrin sayı 25-ə çatıb.
Ərəb dövlətləri yayım birliyi ilə ötən ilin oktyabrında imzalanmış müqavilə Şimali Afrika və Yaxın Şərq ölkələrində idman azarkeşlərinin I Avropa Oyunlarını izləməsinə imkan verir. Bu gün imzalanan saziş isə Oyunların Afrika qitəsinin daha böyük hissəsinə yayımlanmasına təkan verəcək. Kabel televiziyası olan “Fox Sport Afrika” yarışları, eləcə də Açılış və Bağlanış mərasimlərini "Fox Sport" və "Fox Sport-2" kanalları ilə ingilis və fransız dillərində yayımlayacaq.
Qeyd edək ki, bu müqavilədən sonra Avropadan kənarda Oyunların yayımlanacağı ölkələrin sayı 75-ə çatıb. Bu da qeyri-Avropa ölkələrində 579 milyon evdə yarışların izlənməsinə şərait yaradacaq.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL