Avtoriteti "Range Rover"də belə güllələdilər - VİDEO

Avtoriteti

"Facebook"da gürcüstanlı istifadəçilər tərəfindən avtomobilə silahlı hücumu əks etdirən video yayılıb. Hadisənin Gürcüstanda baş verdiyi bildirilir.
 
Avtosfer.az-ın məlumatına görə, video ərazidəki təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. «Range Rover» markalı avtomobil sağa dönərkən dilənçki görkəmində bir nəfər maşina yaxınlaşaraq tapançadan atəş açmağa başlayır. Əvvəlcə sərnişinə ardıcıl bir neçə güllə vuran naməlum şəxs daha sonra maşının önünə keçib bir neçə güllə də atır. Sürücü oradan uzaqlaşmağa çalışsa da, qarşıdakı maşınla toqquşub dayanır. Bunu görən qadın libaslı şəxs sürücüyə də bir güllə vuraraq hadisə yerindən qaçır. Hadisədən sonra sərnihin tərəfdən maşının qapısı açılır və kimsə yerə düşür.

Bildirilir ki, cinayəti törədən şəxs qadın libası geyinmiş kişi olub. Avtomobildə olan şəxslər isə oğru dünyasının tanınmış simaları imiş.
[video=http:// ]
Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az