Azərbaycanda qadın polis mayoru qəzada öldü

Azərbaycanda qadın polis mayoru qəzada öldü

Hadisə Neftçalada baş verib.

Bir qədər əvvəl Neftçala-Salyan avtomobil yolunun 25-ci km-də ağır yol nəqliyyat hadisəsi baş verib.

Miq.az virtualaz.org-a istinadən xəbər verir ki, "Mercedes” markalı minik avtomaşını ilə "Hyundai” markalı yük maşını qarşı-qarşıya toqquşub.

Hadisə nəticəsində "Mercedes”in sürücüsü, Neftçala rayon Polis şöbəsinin müstəntiqi, polis mayoru, 58 yaşlı Məlahət Mehdiyeva hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Neftçala Rayon Prokurorluğunda cinayət işi qaldırılıb.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az