Azərbaycanda yeni qərar qəbul edildi: Avqustun 1-dək...

Azərbaycanda yeni qərar qəbul edildi: Avqustun 1-dək...

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) AVRO-2020-nin oyunları ilə əlaqədar 2021-ci il avqustun 1-dək gömrük rüsumundan azad olunub.

Prezident İlham Əliyevin bu gün imzaladığı "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2019-cu il 9 aprel tarixli 1559-VQD nömrəli Qanununun tətbiqi barədə" 2019-cu il 16 may tarixli 698 nömrəli və "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2019-cu il 9 aprel tarixli 1560-VQD nömrəli Qanununun tətbiqi haqqında" fərmana edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, 2019-cu ildə Azərbaycanda keçirilən Avropa Liqasının final oyunu və bu il təşkil olunacaq AVRO-2020-ninoyunları ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) təsdiqedici sənəd əldə edən, həmin oyunlarda iştirak edən və ya oyunların təşkilinə və ya keçirilməsinə cəlb olunmuş şəxslər tərəfindən həmin oyunlarla bağlı malların idxalı 2021-ci il avqustun 1-dək gömrük rüsumundan azad edilib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az