Rayon yeri olmasına baxmayaraq, müraciət edilən 10 xəstədən səkkizində xərçəng xəstəliyi aşkarlanır.
Miq.az bildirir ki, bu barədə oxu.az-a Şəki Rayon Mərkəzi Xəstəxanasının Patositomarfologiya Laboratoriyasının həkim patomorfoloqu İntiqam Əmrahov məlumat verib.
O bildirib ki, Şəki və ətraf rayonlarda onkoloji xəstəliklərin təyin edilməsi üçün laboratoriya var:
"Xəstəxanada onkoloji xəstəliklərin hüceyrə (sitoloji) və toxuma (histaloji) səviyyəsində yoxlanılması üçün hər cür şərait yaradılıb. Regionda bu istiqamətdə yeganə laboratoriyadır. Əməliyyat zamanı orqanlarda aşkarlanan onkoloji, qeyri-onkoloji problemlərin dəqiqləşdirilməsi aparılır.
Son bir neçə ildə regionda ən çox süd vəzi xərçəngi geniş yayılıb. Bundan başqa, kişilərdə prostat və bağırsaq xərçənginə, qadınlarda ginekoloji problemlərə daha çox rast gəlinir. Hətta qadınlarda müraciət edən 10 xəstədən səkkizində xərçəng xəstəliyi aşkar edirik. Azyaşlı uşaqlarda isə əksər hallarda xoşxassəli hemogemalara rast gəlinir.
Müraciət edən xəstələr arasında Balakən, Qax, Zaqatala, Şəki, Qəbələ, Oğuz, Mingəçevir bölgələrində yaşayan sakinlər olur. Rayon yeri olmasına baxmayaraq, xərçəng xəstəliyinin son vaxtlarda artmasının səbəbi ekoloji faktor, durğun həyat tərzi, qidalanma, həkim konsultasiyalarına laqeyd yanaşmadır".
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR