Rus turistlərin 2014-cü ildə MDB üzrə ən çox səfər etdikləri şəhərlərin adları açıqlanıb.
Anspress-in məlumatına görə, ilk üçlükdə Minsk, Kiyev, və Almatı şəhərləri liderlik edir. Sonrakı yerdə Bakı, İrəvan, Daşkənd, Astana, Kişinyov, Bişkek və Brest qərarlaşıb. Əgər Gürcüstan MDB-in tərkibinə daxil olsaydı, onda gürcülərin paytaxtı Tiflis bu reytinqdə ilk beşliyə daxil olardı.
Qazaxıstanın paytaxtı Astana rusların MDB üzrə ən çox pul xərclədikləri şəhərdir. Qırğızıstanın paytaxtı Bişkek isə rus turistlərin ən az pul xərclədiləri şəhərdir. Astanada ruslar orta hesabla gündə 194 dollar xərcləyirlər. Bişkekdə isə bu rəqəm 69 dollardır. İrəvanda isə turistlər orta hesabla dörd gün qalırlar və hər mehmanxanada qaldığı günə görə təxminən 107 dollar ödəyirlər.
Tədqiqatlarda qeyd edilir ki, 2014-cü ildə rus turistlər MDB ölkələrinə orta hesabla 3 günlük səyahət edirlər və mehmanxanalara 4,2 min rubl ödəyirlər.
Statistika göstərir ki, bu il rus turistlərin 32%-i Belarusiyaya, 21%-i Ukraynaya, 17%-i Qazaxıstana, 9%-i Ermənistana, 8%-i Azərbaycana, 7%-i Moldovaya, 4%-i Özbəkistana, 2%-i isə Qırğızıstana səfər ediblər.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR