Bakıda 2 avtobus toqquşdu - 1 ölü, xeyli yaralı var
Bakıda sərnişin avtobusu qəzaya düşüb. Paytaxtın Nizami rayonu ərazisində, metronun Qara Qarayev stansiyası yaxınlığında qeydə alınıb. Marşrut avtobusunun minik avtomobili ilə toqquşması nəticəsində 1 nəfərin öldüyü, xeyli sərnişinin xəsarət aldığı bildirilir./APA/
Bakı şəhər Təcilli Tibbi yardım Stansiyasından bildirilib ki, hadisə yerinə 7 briqada göndərilib. Artıq 10-a yaxın şəxs xəstəxanalara çatdırılıb. Hazırda xəsarət alan digər şəxslərin xəstəxanalara aparılması davam etdirilir.
Qəzaya düşən 62 saylı xətt üzrə hərəkət edən marşrut avtobusudur.
Miq.az