Amerika-Azərbaycan Ticarət Palatası bu il noyabrın 18-20-də Bakıda ticarət missiyası həyata keçiriləcəyini elan edib.
Tədbir ABŞ kommersiya xidmətinin təşkilati dəstəyi, "Bloomberg Media” şirkətinin informasiya dəstəyi, "AmCham Azerbaijan” və "Azpromo” şirkətlərinin, Azərbaycan Yüksək Texnologiyalar Parkının və Amerika-Türkiyə Ticarət Palatasının köməyi ilə keçiriləcək.
Ticarət missiyasının məqsədi Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə yönəlmiş səylər çərçivəsində ABŞ-dan olan potensial tərəfdaşları yeni texnologiyalar və xidmətlərlə bağlı layihələr üçün sərmayə qoyulmasına və öz məhsulları üçün yeni bazarlar yaradılmasına cəlb etməkdir. Qarşıdakı ticarət missiyası Amerika şirkətlərinə Azərbaycan bazarını öyrənmək, regiondakı aparıcı ekspertlərlə, Azərbaycan hökumətinin rəsmiləri ilə əlaqələr yaratmağa imkan verəcək.
Kənd təsərrüfatı, bank və maliyyə sektorlarında, neft-kimya sənayesində, təhsil, energetika, qida məhsulları sənayesi, təbabət, informasiya texnologiyaları, tikinti, yüngül və ağır sənaye, əczaçılıq sənayesi, nəqliyyat-logistika sektoru və turizm sahələrində ixtisaslaşan ABŞ şirkətləri, xidmətlərin təchizatçıları, sərmayədarlar və məsləhətçilər missiyada iştirak etməyə dəvət olunublar.
AZƏRTAC
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL