Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakıdakı sürüşmə əraziləri ilə bağlı mövcud vəziyyəti açıqlayıb.
Miq.az xəbər verir ki, nazirlikdən Trend-ə verilən məlumata görə, Bayıl və "Teleqüllə" sürüşmə sahələrində quraşdırılmış mayaklarda çatlar, prosesin dinamikasında isə aktivlik müşahidə edilməyib. Badamdar sürüşmə sahəsi - istinad divarlarında yerləşdirilmiş mayaklarda ayın əvvəlində çatlar müşahidə edilib, torpaq qatında mövcud çatlarda genişlənmələr və yeni çatlar qeydə alınıb. Hazırda ərazidə gərgin vəziyət saxlanılmaqdadır.
Səbail rayonunda "Buxta küçəsi" sahədə quraşdırılmış mayaklarda çatlar müşahidə edilib və prosesin dinamikasında nisbi aktivlik qeydə alınıb.
Suraxanı rayonunda Əhmədli - Günəşli arası sürüşmə sahəsində isə aktivlik qeydə alınmayıb. Ancaq "Zığ-1" sürüşmə sahəsində təbii və texnogen amillərin təsirindən prosesin dinamikasında nisbi aktivlik müşahidə olunub. Nisbi aktivlik həmçinin Abşeron rayonunun Masazır qəsəbəsindəki "Zəli gölü" adlanan ərazidə və Nübar qəsəbəsindəki sahədə təbii və texnogen amillərin təsirindən sürüşmə və uçqun prosesinin dinamikasında qeydə alınıb.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR