Bakıda gənc oğlana İŞİD-dən ŞOK təklif

Bakıda gənc oğlana İŞİD-dən ŞOK təklif
Bakıda gənc oğlana 14 min dollar qarşılığında İŞİD terror qruplaşmasıan qoşulmaq təklif olunub.

Miq.az  "Report"-a istinadən xəbərinə görə, Bakı şəhər sakini 1990-cı il təvəllüdlü Əhmədov Orxan Suraxanı Rayon Polis İdarəsinə (RPİ) ərizə ilə müraciət edərək bildirib ki, naməlum şəxs onun telefonuna zəng edərək İŞİD-ə qoşulmağı təklif edib.

O.Əhmədov təklifdən imtina edib və dərhal Daxili İşlər Nazirliyinin (DİN) "102" zəng mərkəzinə məlumat verib.

O, daha sonra Suraxanı RPİ-ə ərizə yazaraq bildirib ki, 2016-ci il dekabr ayının 26-da naməlum şəxs ona zəng edərək İŞİD-ə qoşularaq cihad etməsini təklif edib. O.Əhmədov bundan imtina edəndə naməlum şəxs bu işin müqabilində 14 000 ABŞ dolları təklif edb.

Faktla bağlı Suraxanı RPİ-də araşdırma aparılır.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az