Türkiyə səfirliyindən “Vətninfo.az”a verilən məlumata görə, 28-29 aprel tarixlərində Bakıda 30-a yaxın Türkiyə universitetinin iştirakı ilə ölkəmizdə ilk dəfə xüsusiləşmiş təhsil sərgisi təşkil olunacaq. Tələbələrə yüksək keyfiyyətli təhsil imkanı, yataqxanalar və digər məsələlər barədə ətraflı məlumat veriləcək. Bundan əlavə, türk universitetlərində pulsuz təhsil imkanları haqda da təqdimatlar keçiriləcək. Qeyd edək ki, sərgidə Anadolu Universiteti, Bahçeşehir Universiteti, Boğaziçi Universiteti, Orta Doğu Texniki Universiteti (ODTÜ) və digər ali təhsil ocaqları təmsil olunacaq. Sərgi 28-29 aprel tarixlərində Park İnn otelinde saat 12:00-18:00 arası baş tutacaq. Qeyd edək ki, sərgi “Akademi group” şirkəti tərəfindən təşkil olunacaq. Sərgidə Azərbaycanın Təhsil Nazirliyi nümayəndələrinin, Türkiyə səfirliyinin və həmin ölkənin təhsil müşavirliyinin iştirakı da nəzərdə tutulur.
Əli
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR