Mayın 4-də Azərbaycana səfəri çərçivəsində Koreya Strategiya və Maliyyə naziri və baş nazirin müavini cənab Çoi Kyunq Hvan İçərişəhərlə tanış olub.
Vətəninfo.az-ın “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə istinadla verdiyi məlumata görə, İçərişəhərlə tanışlıq Qız Qalası abidəsi ilə başlayıb. Qonağa Bakının simvolu olan əzəmətli Qız Qalasının tarixi, burada yeni yaradılmış muzey ekspozisiyası, eləcə də yaxınlıqda yerləşən Sıratağlı dini-memarlıq Kompleksi barədə ətraflı məlumat verilib, ekspozisiya qonağın marağına səbəb olub.
Kiçik Qala küçəsində davam edən gəzinti zamanı cənab Çoi Kyunq Hvan təndir çörəyinə qonaq edilib.
Sonra cənab Çoi Kyunq Hvan Şərqin memarlıq incilərindən biri olan dünya əhəmiyyətli “Şirvanşahlar saray kompleksi” və burada yaradılmış muzey ekspozisiyası ilə də tanış olub.
Bakının tarixi hissəsi ilə tanışlıq qonaqda xoş təəssürat yaradıb.
Sonda cənab Çoi Kyunq Hvana “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin xatirə hədiyyələri də təqdim olunub.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR