Bərdə rayonunda orta məktəb müəllimi 23 yaşlı qadını ağacla döyərək xəsarət yetirib.
Vətəninfo.az-ın "Report"a istinadla xəbərinə görə ki, hadisə rayonun Cumalar kəndində baş verib.
Belə ki, kənd sakini Gülanə Muradova ilə həmkəndlisi, orta məktəb müəlimi Afət Orucova arasında mübahisə yaranıb. Mübahisə zamanı Afət Orucova gənc qadının başına ağacla zərbələr endirib.
Gülanə Muradova başından aldığı zərbələrdən huşunu itirib və qonşularının köməyilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Aldığı zərbədən iflic vəziyyətinə düşən zərərçəkən xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.
İlkin məlumatlara görə hadisə pul borcu üstündə baş verib. Belə ki, Gülanə Muradova qonşusu Afət Orucəli qızına 30 manat, Afətin isə Gülanəyə 3000 manat borcu olub. Afət Gülanədən 30 manatını istəyib. Borcunu qaytarmağa aparan gənc qadın öz növbəsində 3000 manat pulunu istəyib. Nəticədə yaranan mübahisə sonradan davaya çevrilib.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL