Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinə daxil olan şikayət məktubu əsasında Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən "Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən "Karvan” ticarət mərkəzlərində, həmçinin Bakı şəhəri, Nizami rayonu, 8 km. qəsəbəsində yerləşən ticarət mərkəzi və ətrafında, Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində "Ucuzluq” mağazasında, Qaradağ rayonunda yerləşən iri ticarət mərkəzlərində yerləşən mağazalarda dövlət nəzarəti həyata keçirilib. Vətəninfo.az-ın SİA-ya istinadla xəbərinə görə, araşdırma zamanı adı çəkilən mağazalarda istehsalçısı məlum olmayan, insan sağlamlığı üçün təhlükəli sayıla bilən xammaldan hazırlanan, mövcud normativ sənədlərə, standartlara cavab verməyən və "Bakı Tikiş Evi” ASC-nin adına qeydiyyata alınmış”BTE” əmtəə nişanından qanunsuz istifadə edilmiş saxta məktəbli formalarının satıldığı müəyyən olunub.
Aşkar olunmuş nöqsanlarla bağlı mağaza sahiblərinə xəbərdarlıq edilib, saxta məktəbli formalarının satışdan çıxarılması ilə bağlı icrası məcburi göstərişlər verilib. Hazırda qanunvericiliyə uyğun olaraq digər zəruri tədbirlər davam etdirilir.




TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL